Bank Of Baku

AŞ PA-da sərhədyanı ölkələrin əməkdaşlığı ilə bağlı müzakirələr keçirilib

AŞ PA-da sərhədyanı ölkələrin əməkdaşlığı ilə bağlı müzakirələr keçirilib
# 25 yanvar 2008 12:40 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasının plenar iclasının son gününün müzakirələrindən biri də sərhədyanı ölkələrin əməkdaşlığı ilə bağlı olub. APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrin gedişində çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov sərhədyanı ölkələr arasında əməkdaşlığın qurulması üçün normal münasibətlərin olmasının vacibliyini qeyd edib: “Məsələn, Azərbaycanın 20% ərazisi 15 ildir ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Bu fakt AŞ PA-nın bir neçə sənədində, o cümlədən 2005-ci ilin 25 yanvarında qəbul edilmiş 1416 saylı Qətnaməsində əksini tapıb. Amma onu da qeyd etməliyəm ki, Ermənistan bu işğaldan heç də həmişə qazanmayıb. Bu işğal nəticəsində ölkədə həyat səviyyəsi aşağıdır və gözəçarpan inkişaf yoxdur. Çünki Ermənistan bu işğalla özünü bütün beynəlxalq layihələrdən kənarda qoyub. Ermənistandan olan həmkarlarım hələ də sərhədyanı əməkdaşlıqla münaqişələri qarışdırmamağın tərəfdarıdır. Amma bu mümkün deyil ki, qonşu dövlətin ərazisini işğal edərək, həmin dövlətdən təşəkkür alıb, ondan iqtisadiyyatına yardım istəyəsən. Biz bütün qonşu ölkələrlə, o cümlədən Ermənistanla da əməkdaşlıqda maraqlıyıq. Amma bu əməkdaşlıq yalnız torpaqlar işğaldan azad olunduqdan sonra mümkündür. Əminəm ki, yalnız qonşu ölkələr arasında olan sıx əməkdaşlıq və qarşılıqlı anlaşma ölkələrin inkişafına, çiçəklənməsinə xidmət edən ən qısa yoldur”.
Qeyd edək ki, artıq AŞ PA-nın qış sessiyası başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR