Bank Of Baku

AXCP qərargah almaq üçün ianə toplaya bilmir

AXCP qərargah almaq üçün ianə toplaya bilmir
# 25 yanvar 2008 13:10 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargah alması üçün üzvlərdən ianə toplaması təşəbbüsü irəli sürülsə də, bu istiqamətdə heç bir addım atılmayıb. Partiya sədrinin müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, bu kampaniyaya start verilməsindən xeyli vaxt keçib, amma maliyyə vəsaitinin toplanmasında ciddi irəliləyiş yoxdur: “Bu da partiya üzvlərinin maddi imkansızlığı ilə bağlıdır. Bu təşəbbüs rəhbərlikdən yox, yerli təşkilatların özlərindən gəlmişdi. Təşəbbüs yerli təşkilatlardan gəldiyi üçün də, biz bu məsələ ilə xüsusi maraqlanmırıq. Hər hansı nəticə olsa, rəhbərliyə məlumat veriləcək”. Maliyyə vəsaitinin toplanmamasına baxmayaraq, H. Kərimov partiyanın qərargah almaq fikrindən daşınmadığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR