Bank Of Baku

Hesabat: “Regionun digər ölkələri ilə müqayisədə, Avropa İttifaqının Azərbaycandan daha çox gözləntiləri var”

Hesabat: “Regionun digər ölkələri ilə müqayisədə, Avropa İttifaqının Azərbaycandan daha çox gözləntiləri var”
# 25 yanvar 2008 13:37 (UTC +04:00)
Avropaya İnteqrasiya Mərkəzi (AİM) Avropa İttifaqının daxili və xarici siyasəti, qurumun Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə dair illik hesabatını açıqlayıb. Mərkəzin mətbuat xidmətindən APA-ya daxil olan hesabatda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin 2007-ci ildə Avropa Qonşuluq Siyasəti (AQS) üzrə Milli Fəaliyyət Planının (MFP) imzalanmasından sonrakı mərhələdə daha da aktuallaşdığı bildirilir. Mərkəz Aİ-nin Azərbaycan siyasətində stabilliyin hakim olduğunu xüsusi qeyd edib: “Regionun digər ölkələri ilə müqayisədə, Avropa İttifaqı rəsmi Bakıdan daha çox razıdır və Azərbaycandan daha çox gözləntiləri var”. Sənəddə Aİ-nin daxili və xarici siyasəti ilə bağlı bölmədə ötən il Aİ-nin xüsusilə xarici siyasət fəaliyyətinin təşkilatlanmış formada deyil, daha çox üzvlərin fərdi fəaliyyət prinsipinə əsaslandığı qeyd olunub. Ötən il müddətində Aİ-Türkiyə münasibətlərində yenə də Türkiyənin bu quruma üzvlüyü gündəmdə olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR