Bank Of Baku

Ötən il Yeni Azərbaycan Partiyasında 1 milyon 786 min 182 manat üzvlük haqqı toplanıb

Ötən il Yeni Azərbaycan Partiyasında 1 milyon 786 min 182 manat üzvlük haqqı toplanıb
# 25 yanvar 2008 14:01 (UTC +04:00)
Partiyanın ölkənin ictimai-siyasi həyatında, o cümlədən prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən islahatlar və quruculuq prosesində yaxından iştirak etdiyi bildirilib. Gündəliyə uyğun olaraq YAP İdarə Heyətinin 2007-ci ildə fəaliyyətinə dair hesabat dinlənilib, YAP-ın ümumi tərkibi, o cümlədən Gənclər Birliyinin, Qadınlar Şurasının 1 yanvar 2008-ci ilə olan statistik hesabatı və partiyanın 2007-ci il üçün maliyyə hesabatı təsdiq edilib. Təsdiq olunmuş statistik məlumata görə, 2007-ci ildə partiyaya 36 min 754 yeni üzv qəbul olunub, bununla, YAP üzvlərinin sayı 436 min 539 nəfərə çatıb. Hesabatda partiya sıralarında gənclərin xüsusi çəkisinin getdikcə daha da artdığı vurğulanıb, əvvəlki illərə nisbətən 2007-ci ildə YAP-a üzv qəbul olunanların 52,9 faizini gənclərin təşkil etdiyi qeyd olunub. Ümumi partiya üzvlərinin 38.8 faizini (169 min 499 nəfər) gənclər, 43.3 faizini (189 min 375 nəfər) isə qadınlar təşkil edir. Maliyyə hesabatında isə 2007-ci ildə yığılan üzvlük haqları hesabına YAP-ın mədaxilinin 1 milyon 786 min 182 manat təşkil etdiyi bildirilib. Toplanın vəsaitin 594 min 875 manatı İcra Katibliyində və rayon təşkilatlarının aparatlarında çalışan əməkdaşların əmək haqlarının ödənilməsinə sərf olunub, 116 min manatı 2007-ci ilin sentyabrında keçirilən “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” beynəlxalq konfransın, 114 min manatı partiyanın 15 illik yubileyi münasibətilə keçirilən tədbirlərinin maliyyələşdirilməsinə xərclənib. İl ərzində kommunal, təsərrüfat xərclərinə, o cümlədən telefon və rabitə xidmətlərinə 68 min manat, yardım və xeyriyyə tədbirlərinə isə təxminən 78 min 342 manat vəsait ayrılıb. Yerdə qalan vəsait müxtəlif partiya tədbirlərinin keçirilməsinə və partiyanın digər xərclərinin ödənilməsində sərf olunub. YAP-ın mədaxilindən il ərzində 54 min 426 manat gəlir vergisi ödənilib, 133 min 333 manat isə Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülüb. İclasda, həmçinin İdarə Heyətinin 2008-ci il üçün iş planı və Heydər Əliyevin 85-ci il ildönümü ilə bağlı tədbirlər planı təsdiq edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR