Bank Of Baku

Rusiya Azərbaycan ərazisində istismar etdiyi Qəbələ RLS-dən imtina etməyə hazırlaşır

Rusiya Azərbaycan ərazisində istismar etdiyi Qəbələ RLS-dən imtina etməyə hazırlaşır
# 25 yanvar 2008 14:14 (UTC +04:00)
APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya Kosmik Qoşunlarının komandanı, general-polkovnik Vladimir Popovkin Moskvada keçirdiyi mətbuat konfransında bu bəyanatla çıxış edib. O bildirib ki, keçmiş sovet respublikalarında yerləşən RSL-lərin fəaliyyəti həmin ölkələrin Ukrayna, Azərbaycan, Qazaxıstan və Belarusun iradəsindən asılıdır: “Biz həmin dövlətlərin iradəsindən asılı olmaq istəmirik. Ona görə də xaricdəki bütün stansiyalardan imtina edəcəyik”. V. Popovkin Rusiyanın raket hücumundan erkən xəbərdarlıq sisteminin inkişafı üçün kompleks layihə hazırlandığını da bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR