Bank Of Baku

Elmar Məmmədyarov Finlandiya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Elmar Məmmədyarov Finlandiya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
# 25 yanvar 2008 16:45 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Pertti Salolanenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, P. Salolane səfərdə məqsədlərinin Azərbaycan haqqında daha dolğun məlumat toplamaq və əməkdaşlıq perspektivlərini araşdırmaq olduğunu bildirib. Qonaq bunu həm Finlandiyanın ATƏT-in fəaliyyətdə olan sədri kimi regiona marağı, həm də qarşıda gözlənilən qarşılıqlı ikitərəfli səfərlərlə əlaqələndirib. O, gələn ay Finlandiya xarici işlər nazirinin Azərbaycana, may ayında isə Azərbaycan prezidentinin Finlandiyaya səfərinin nəzərdə tutulduğunu xatırladaraq ikitərəfli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. E. Məmmədyarov isə qonaqlara Ermənistanının Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət barədə məlumat verib. O, münaqişənin həllinin bütün regionda sabitliyin və rifahın möhkəmlənməsində ən vacib amil olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR