Bank Of Baku

Finlandiya parlamentinin üzvləri Azərbaycanın Milli Məclisində təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüblər

Finlandiya parlamentinin üzvləri Azərbaycanın Milli Məclisində təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüblər
# 26 yanvar 2008 10:01 (UTC +04:00)
Bu gün Azərbaycanda səfərdə olan Finlandiya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüblər. APA-nın məlumatına görə, görüşdə Yeni Azərbaycan Partiyasının təmsilçisi Mübarizə Qurbanlı çıxış edərək, Azərbaycanla Finlandiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. M. Qurbanlı finlandiyalı həmkarların bu səfərinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini deyib. Deputat, həmçinin qonaqlara Milli Məclisin fəaliyyəti haqqında məlumat verib. Parlamentdə 11 siyasi partiyanın təmsil olunduğunu deyən M. Qurbanlı Azərbaycan-Finlandiya parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini də söyləyib.
Finlandiya parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Pertti Salolainin Azərbaycanla Finlandiya arasında əlaqələrin bundan sonra daha da sürətlə inkişaf edəcəyini bildirib. Onun sözlərinə görə, fevralda Finlandiyanın xarici işlər naziri Azərbaycana, mayda isə Azərbaycan prezidenti İlham Əliyev Finlandiyaya səfər edəcək.
Pertti Salolainin Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasının, qeyri-neft sektorunun inkişaf etdirilməsinin yüksək qiymətləndirildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR