Bank Of Baku

AŞ PA-nın seçkiqabağı missiyası yanvarın 28-də Ermənistana səfər edəcək

AŞ PA-nın seçkiqabağı missiyası yanvarın 28-də Ermənistana səfər edəcək
# 26 yanvar 2008 11:31 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı missiyası bu ilin yanvar ayının 28-də Ermənistana səfər edəcək. Missiyaya britaniyalı deputat Con Preskot başçılıq edəcək.
APA-nın məlumatına görə, fevralın 2-dək davam edəcək səfərin əsas məqsədi Ermənistanda prezident seçkiləri öncəsi siyasi vəziyyətin qiymətləndirilməsi və hazırlıq işlərinin gedişi ilə tanışlıqdır.
Missiyanın üzvləri Ermənistanın dövlət qurumlarının rəsmiləri, həmçinin müxalifət və ictimaiyyət nümayəndələri ilə də görüşlər keçirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR