Bank Of Baku

Yanvarın 29-30-da Moskvada Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü olacaq

Yanvarın 29-30-da Moskvada Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü olacaq
# 26 yanvar 2008 12:41 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya daxil olan məlumata görə, müzakirələrdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə sabah Moskvaya yola düşəcək.
Rusiya XİN-dən isə bildirilib ki, görüş məsləhətləşmə xarakteri daşıyacaq. Bununla yanaşı, səfər çərçivəsində ekspertlərin də iştirakı ilə görüş keçiriləcək.
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın son iclası 2007-ci il dekabrın 18-19-da Bakıda keçirilib. İki ölkə arasında mübahisəli ərazilərin təxminən 90 %-i razılaşdırılıb, hazırda danışıqlar iki məntəqənin razılaşdırılması ilə bağlı aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR