Müsavat Partiyası Məclisinin iclasında qalmaqal baş verib
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məsələ ilə bağlı millət vəkili İkram İsrafillə birgə Sabirabadda olduqlarını, partiya Şurasının qərarı ilə konfransın təyin edildiyini qeyd edib. Onun sözlərinə görə, rayon təşkilatının bir hissəsi konfransı boykot edib. Konfransdan sonra rəhbərliyə hər hansı şikayətin daxil olmadığını bildirən A. Hacılı sədrin təsdiq olunmaması üçün heç bir əsasın olmadığını vurğulayıb.
Məclis üzvü Hikmət Hacızadə isə Nizamnamə pozuntularının əleyhinə olub: “Biz Nizamnaməni poza bilmərik. Çünki bu, sonradan davamlı prosesə çevrilər və nəhayət, Brejnev sayağı idarəçiliyə gətirib çıxarar”. O, rayon təşkilatında baş verənlərdən xəbərsiz olduğunu dedikdə, A. Hacılı “məsələdən xəbəri olmayanları filosofluq etməməyə” çağırıb. H. Hacızadə isə cavabında Müsavatda vəziyyətin ağır olduğunu, fiziki gücün az olduğunu deyib və buna görə də mənəvi gücə çevrilməyin vacibliyini vurğulayıb.
Bundan başqa, Məclis sədri S. Əkbərlə A. Hacılı arasında mübahisə yaranıb. A. Hacılı onu məsələdən xəbəri olmayan adamlara söz verməkdə, lakin prosesin içərisində olanlara söz verməməkdə ittiham edib. Osman Kazımov isə imzasız məktublar əsasında uzun müzakirələrin aparılmasına etiraz edib: “Elə etməyin ki, o məktubu ekspertizaya verim və görüm kim tərəfindən yazılıb. Belə oyun oynamaq kimin nəyinə lazımdır? Mən öz fikrimi deyirəm. Nə Arif Hacılının, nə Sülhəddin Əkbərin, nə də Vurğun Əyyubun qrupunu təmsil etmirəm. Amma xahiş edirəm obyektiv, vicdanlı olun. Belə olmaz. Bir saatdır bir rayonun məsələsini müzakirə edirik. Oradan imzasız bir şey gəlib, onu müzakirə edirik. O məktubu yazan gəlsin burada kişi kimi desin ki, məsələ belə olub”.
Mübahisələrə baxmayaraq, səsvermə nəticəsində rayon təşkilatında keçirilən konfrans 39 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla səlahiyyətli sayılıb. Səsvermədən sonra çıxış edən partiya başqanı İsa Qəmbər Məclisin doğru qərar qəbul etdiyini deyib: “Heç bir reallıq Nizamnamədən üstün olmamalıdır. Nə qədər ki, mən bu partiyaya rəhbərlik edirəm, Nizamnamə pozuntusuna yol verilməyəcək”. Ağcabədi rayon təşkilatında keçirilən konfransda da müəyyən pozuntuların olması ilə bağlı iddialar səslənsə də, Məclis bu konfransı da səlahiyyətli sayıb.
Daha sonra iclasda 2007-ci ilin iqtisadi yekunlarına dair partiyanın İqtisadi siyasət komissiyasının sədri Qubad İbadoğlu məruzə ilə çıxış edib. Məclisin iclası davam edir. /APA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb