Bank Of Baku

Müsavat Partiyasının 2008-ci il üçün fəaliyyət proqramı təsdiqlənib

Müsavat Partiyasının 2008-ci il üçün fəaliyyət proqramı təsdiqlənib
# 28 yanvar 2008 08:34 (UTC +04:00)
Yanvarın 27-də Müsavat Partiyası Məclisinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda partiyanın deputat qrupunun Milli Məclisdə Azərbaycan Demokratik Respublikasının 90 illik, mərhum prezident Əbülfəz Elçibəyin isə 70 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı məsələ qaldırması barədə qərar qəbul olunub. Partiya başqanı İsa Qəmbər Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət və 2008-ci ildə partiyanın əsas fəaliyyət istiqamətləri haqqında məruzə ilə çıxış edib. İclasda məruzə və 2008-ci ilin prezident seçkisi ilə bağlı müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul olunub. Partiyanın Avropa Liberal-Demokrat İslahat Partiyasına qəbul olunması, prezident seçkisinə hazırlıq, Avroatlantik məkana inteqrasiyanın zərurəti barədə partiyanın mövqeyi yekdilliklə qəbul edilib və 2008-ci il üçün fəaliyyət proqramı təsdiqlənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR