Bank Of Baku

Daşnakların prezidentliyə namizədi Türkiyə, Azərbaycan və Gürcüstanın regionda antierməni siyasət yürütdüyünü bəyan edib

Daşnakların prezidentliyə namizədi Türkiyə, Azərbaycan və Gürcüstanın regionda antierməni siyasət yürütdüyünü bəyan edib
# 28 yanvar 2008 08:29 (UTC +04:00)
APA-nın məlumatına görə, V. Ovanesyan bildirib ki, hazırda Ankara-Bakı-Tiflis geosiyasi oxunun formalaşma tendensiyası müşahidə olunur: “Bu isə Ermənistanın maraqlarına cavab vermir. Ankara-Bakı-Tiflis oxuna daxil olan dövlətlərin bu hərəkəti regionda hegemonluq iddiasını ortaya çıxarır. Faktiki olaraq bu gün hər üç ölkə regionda antierməni siyasəti yürüdür”.
Prezidentliyə namizəd Ermənistan-NATO münasibətlərinə də toxunub. Onun qənaətinə görə, ermənilər üçün NATO regionda Fransa, Belçika və ya Yunanıstan yox, Ermənistana qarşı düşmənçilik münasibətini gizlətməyən Türkiyə deməkdir. V. Ovanesyan bildirib ki, sosioloji sorğunun nəticəsinə əsasən, Ermənistanın NATO-ya daxil olmasını istəyənlərin sayı bunu istəməyənlərlə müqayisədə üstünlük təşkil edir. Lakin bu mövqenin əbədi olmadığını vurğulayan V. Ovanesyan bütün cəmiyyətlərdə olduğu kimi, erməni ictimaiyyətində də baxışların tez-tez dəyişdiyini deyib. Daşnakların prezidentliyə namizədi Ermənistanın NATO-ya daxil olmasını məqsədəuyğun hesab etməməklə yanaşı, bu təşkilata üzv olan Türkiyənin də regionda antierməni siyasət yürütdüyünü bir daha vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR