Bank Of Baku

Seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb

Seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
# 28 yanvar 2008 09:37 (UTC +04:00)
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq yanvarın əvvəlindən seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlayıb. Bəzi komissiyalar siyahıların dəqiqləşdirilməsini seçicilərin evlərinə telefon açmaqla həyata keçirir. Nizami rayonu ərazisində yaşayan seçicilərin APA-ya verdikləri məlumata görə, 25 saylı Nizami II seçki dairəsinin məntəqə seçki komissiyalarının üzvləri evlərə zəng edərək müvafiq ünvanda yaşayanların ad, soyadları ilə bərabər onların ali təhsilli olub-olmaması, harada işləməsi ilə bağlı da suallar verirlər. Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov isə siyahıların dəqiqləşməsinin bir neçə üsulu olduğunu deyib. Onun sözlərinə görə, komissiyalar vətəndaşların şəxsi qeydiyyatı ilə məşğul olan pasport-qeydiyyat idarələri və mənzil istismar sahələri ilə dəqiqləşmə aparır. Digər üsul isə seçicinin yaşadığı ünvana getmək və telefonla əlaqə yaratmaqdır. N. Məmmədov telefon zənglərinin qeyri-qanuni olmadığını söyləyib: “Amma seçicinin ali təhsilli olub-olmaması və iş yeri ilə maraqlanmaq düzgün deyil”. N. Məmmədov bu faktı araşdıracağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR