Bank Of Baku

Abbas Lisaniyə xanımı ilə görüş verilib

Abbas Lisaniyə xanımı ilə görüş verilib
# 28 yanvar 2008 10:53 (UTC +04:00)
Bu gün İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisaniyə saxlanıldığı Əhər həbsxanasında xanımı Ruqəyya Lisani ilə görüş verilib. R. Lisani APA-ya bildirib ki, həyat yoldaşı yarımzirzəmi vəziyyətində olan kamerada saxlanılsa da, səhhəti yaxşıdır. O, A. Lisaninin Təbrizdə Səttarxanın məzarı üzərində keçirilən aksiyaların təşkilində də ittiham edildiyini söyləyib: “Artıq iş Təbriz İnqilab Məhkəməsi tərəfindən icraata götürülüb. Lakin məhkəmənin vaxtı hələ müəyyənləşməyib”.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin iyununda həmin ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da isə A. Lisaninin cəza müddəti 1 il uzadılıb. O, yanvarın 2-də Ərdəbildəki cəzaçəkmə müəssisəsindən Əhər şəhərindəki həbsxanaya köçürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR