Bank Of Baku

Xələf Xələfov Moskvada siyasi məsləhətləşmələr aparır

Xələf Xələfov Moskvada siyasi məsləhətləşmələr aparır
# 28 yanvar 2008 11:27 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Moskvada siyasi məsləhətləşmələr aparır. XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, siyasi məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Qriqori Karasin rəhbərlik edir. Məsləhətləşmələrdə Azərbaycan-Rusiya münasibətlərinin müxtəlif sahələri müzakirə olunur. Sabah isə Moskvada Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının 15-ci iclası keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR