Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi general Vəli Kiçikin sərbəst buraxılması tələbi ilə etiraz aksiyaları keçirə bilər

Dünya Azərbaycanlıları Konqresi general Vəli Kiçikin sərbəst buraxılması tələbi ilə etiraz aksiyaları keçirə bilər
# 28 yanvar 2008 11:35 (UTC +04:00)
DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurum əvvəlcə Türkiyə Əmniyyət Genel Müdirliyinə (Türkiyənin polis təşkilatı) və bu ölkənin Azərbaycandakı səfirliyinə etiraz məktubu göndərəcək. Fevralın 2-də isə DAK İdarə Heyətinin Brüsseldə keçiriləcək toplantısında Türkiyə və Azərbaycanda etiraz tədbirlərinə başlanılması haqda müzakirələr aparılacaq.
Qeyd edək ki, DAK-ın ötən həftə sonunda verdiyi bəyanatda general Vəli Kiçik paşanın həbs olunması millətçilərə qarşı təzyiq kimi qiymətləndirilib. DAK əmin olduğunu bildirib ki, V. Kiçik hər hansı terror təşkilatı ilə bağlı deyil, çünki o, həmişə siyasi mübarizədə sivil metodlara üstünlük verib, demokratik prinsiplərə əsaslanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR