Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavat Partiyası prezident seçkisi öncəsində bütün partiyalarla əməkdaşlığa hazırdır”

Sülhəddin Əkbər:  “Müsavat Partiyası prezident seçkisi öncəsində bütün partiyalarla əməkdaşlığa hazırdır”
# 28 yanvar 2008 12:16 (UTC +04:00)
Müsavat Partiyası prezident seçkisi öncəsi ayrı-ayrı siyasi partiyalarla əməkdaşlıq etməyi nəzərdə tutub. Partiya Məclisinin sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, Müsavat siyasi oriyentasiyasından asılı olmayaraq, demokratik dəyişikliklə bağlı bütün partiyalarla əməkdaşlıq etməyə hazırdır: “Belə əməkdaşlıq nümunələri var. “Azadlıq” blokunda olan partiyalarla birgə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı birgə mövqedən çıxış edilib. Müsavat Partiyasının namizədi ətrafında mümkün olan ən geniş koalisiya yaradılması nəzərdə tutulur”. S. Əkbərin sözlərinə görə, Müsavata siyasi partiyaların inteqrasiyası istiqamətində artıq fəaliyyətə başlayıb. Məclis sədri prosesin sürətlənməsinə mane olan amillərin olduğunu vurğulayıb: “Bunlar seçkidə iştirakla bağlı fərqli mövqelərdir”. S. Əkbər əməkdaşlıqla bağlı konkret sərhədlərin müəyyənləşmədiyini də deyib. Onun sözlərinə görə, hətta hansısa hakimiyyətyönlü partiya Azərbaycanda demokratik dəyişikliklər, seçkiqabağı şəraitin demokratikləşməsini istəyirsə, həmin qurumla da əməkdaşlıq mümkündür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR