Bank Of Baku

Əli Əhmədov ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin yeni rəhbəri ilə görüşüb

Əli Əhmədov ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin yeni rəhbəri ilə görüşüb
# 28 yanvar 2008 12:46 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin yeni rəhbəri İen Vudvardla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə MDİ ilə YAP arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həyata keçirilən birgə layihələrin nəticələri ətraflı müzakirə edilib. Ə. Əhmədov qurumlar arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və bunun Azərbaycanda demokratik düşüncənin, demokratik təmayülün inkişafına önəmli töhfə olacağını bildirib. ABŞ təmsilçisi isə öz növbəsində MDİ-nin YAP-la əlaqələri daha da dərinləşdirilmək və birgə layihələrin əhatə dairəsini genişləndirmək niyyətində olduğunu vurğulayıb. Görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR