Bank Of Baku

ADP hakimiyyətə mitinqlər yolu ilə təzyiq göstərməyi məqbul saymır

ADP hakimiyyətə mitinqlər yolu ilə təzyiq göstərməyi məqbul saymır
# 28 yanvar 2008 13:10 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Seçki Məcəlləsinin dəyişməsi üçün hakimiyyətə mitinqlər yolu ilə təzyiq göstərməyə üstünlük vermir. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, ADP yeni kurs müəyyənləşdirib və bu kursa əsasən hakimiyyətlə təzyiq dili ilə yox, qarşılıqlı inandırma, etimad dili ilə danışmağı məqsədəuyğun sayırlar. S. Cəlaloğlu qanunun dəyişməyəcəyi halda aksiyalar keçirəcəklərini bəyan edən Müsavat Partiyası və “Azadlıq” blokundan fərqli düşündüklərini vurğulayıb: “Əgər biz doğrudan da Seçki Məcəlləsi ilə bağlı nəyəsə nail olmaq istəyiriksə, bunu danışıqlar və siyasi dialoqla etməliyik. Əgər bu yolla nail ola bilməyəcəyiksə, mənə elə gəlir ki, mitinqlə məqsədə çatmaq ehtimalı çox azdır. Bu məsələ hələ partiyada müzakirə olunmayıb və zamanı gələndə baxa bilərik. Əgər zərurət olmasa, ADP mitinqlər yox, başqa yolla gedəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR