Bank Of Baku

Qərb Universitetində Holokostla bağlı tədbir keçirilib

Qərb Universitetində Holokostla bağlı tədbir keçirilib
# 28 yanvar 2008 13:48 (UTC +04:00)
Azərbaycan Qərb Universitetində Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən rektor əvəzi Zemfira Məmmədova bildirib ki, 1933-1945-ci illərdə nasistlər və onların əlaltıları tərəfindən təxminən 6 milyon yəhudi qətlə yetirilib: “Bu, Avropada yaşayan yəhudilərin 90 faizini, dünya yəhudilərinin isə 35 faizini təşkil edir”. Z. Məmmədova deyib ki, nə Holokost, nə də Xocalı qurbanları heç vaxt unudulmayacaq. BMT-nin Bakıdakı ofisinin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviç Holokostun BMT tərəfindən 3 ildir rəsmən qeyd olunduğunu xatırladıb. İsrailin Azərbaycandakı səfiri Artur Lenk isə nasistlərin hər üç yəhudidən birini qətlə yetirdiyini, öldürülənlərin 1,5 milyonunun uşaq olduğunu söyləyib. O, bu günün Beynəlxalq Anma Günü kimi qeyd olunmasına görə BMT-yə, tədbirin keçirilməsinə görə isə Azərbaycana minnətdarlığını bildirib.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Nizami Cəfərov, Bakıda akkreditə olunmuş səfirliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR