Bank Of Baku

Demokratiya Uğrunda İttifaq zona müşavirələri keçirəcək

Demokratiya Uğrunda İttifaq zona müşavirələri keçirəcək
# 28 yanvar 2008 14:02 (UTC +04:00)
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya bildirib ki, toplantıda qurumun 2008-ci il üçün fəaliyyət planı, bölgələrdə zona müşavirələrinin keçirilməsi və siyasi əməkdaşlıq sazişi imzalamış 20-yə yaxın partiyanın yanvarın 30-da keçiriləcək iclasının gündəliyi müzakirə olunub. Qərar alınıb ki, gələn aydan etibarən ölkənin bir sıra bölgələrində zona müşavirələri keçirilsin. DUİ-nin Sədrlər Şurası hesab edib ki, əməkdaşlıq sazişi imzalamış 20-yə yaxın partiyanın yanvarın 30-da keçiriləcək toplantısında qurumun 2008-ci il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR