Bank Of Baku

“Azadlıq” bloku “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunda icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasını istəyir

“Azadlıq” bloku “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunda icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin məhdudlaşdırılmasını istəyir
# 28 yanvar 2008 15:18 (UTC +04:00)
“Azadlıq” bloku “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunda icra hakimiyyəti orqanlarının səlahiyyətinin məhdudlaşdırılmasını təklif edir. Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli APA-ya bildirib ki, Konstitusiyaya görə hər kəs əvvəlcədən icra hakimiyyətinə xəbərdarlıq etməklə sərbəst toplaşa bilər. Amma mövcud qanunda icra hakimiyyəti orqanlarına sərbəst toplaşmaq azadlığını qadağan etmək, aksiyanın vaxtını, yerini dəyişmək, icra qurumunun özünün yer müəyyənləşdirmək səlahiyyəti verilir: “Yəni biz bu hüquqların məhdudlaşdırılması hallarının aradan qaldırılmasını istəyirik ki, hər bir şəxs, vətəndaş qrupu istədiyi vaxt, istədiyi yerdə toplantı keçirsin”. Q. Əlibəyli hakimiyyətin bu təklifləri qəbul edəcəyinə inanmadığını desə də, Venesiya Komissiyasının da belə təkliflər irəli sürdüyünü bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR