Bank Of Baku

Müsavat Partiyası Azərbaycanın NATO-ya üzv qəbul olunması ilə bağlı rəsmi müraciət edilməsini təklif edir

Müsavat Partiyası Azərbaycanın NATO-ya üzv qəbul olunması ilə bağlı rəsmi müraciət edilməsini təklif edir
# 28 yanvar 2008 15:49 (UTC +04:00)
Müsavat Partiyası Azərbaycanın NATO-ya üzv qəbul olunması üçün hakimiyyətin bu quruma rəsmi müraciət etməsi təşəbbüsünü irəli sürüb. Partiya bu təkliflə bağlı bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulduğu, bu müddətdə Ukrayna və Gürcüstandan fərqli olaraq, Azərbaycanın qurumla münasibətlərində irəliləyişin olmadığı göstərilib. Avroatlantik məkanda mövcud olan dinamik dəyişkən strateji durumun pozitiv inkişaf perspektivlərini, dinc, demokratik, bölünməz Avropa strategiyasının inkişafında NATO-nun rolunun genişlənməsini və digər məqamları nəzərə alan partiya Azərbaycanın üzvlük üçün müraciətini zəruri hesab edir. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası istiqamətində atılacaq bütün addımları dəstəkləyəcəyini bildirən Müsavat Partiyası NATO-nun üzvü olan ölkələri də Azərbaycanın alyansa üzvlüyünü müdafiə etməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR