Bank Of Baku

Siyasi məhbuslarla bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinə martda baxılacaq

Siyasi məhbuslarla bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinə martda baxılacaq
# 28 yanvar 2008 15:51 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bürosu siyasi məhbuslarla bağlı Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinə bu ilin martında keçiriləcək iclasında baxacaq. Bu barədə APA-ya AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib. Siyasi məhbus məsələsi ilə bağlı Azərbaycanda vəziyyəti qiymətləndirən həmməruzəçi prezidentin sonuncu əfv fərmanını pozitiv addım adlandırsa da, bunun problemin tam həlli üçün yetərli olmadığını deyib.
Qeyd edək ki, yanvarın 21-25-də keçirilmiş AŞ PA qış sessiyası çərçivəsində Assambleyanın bürosunda Azərbaycan üzrə xüsusi məruzəçinin təyin olunması məsələsinə baxılması gözlənilirdi. Kiprdən olan parlamentar Kristos Purqurudesin hazırladığı “Azərbaycanda siyasi məhbusların vəziyyətinin öyrənilməsi” adlı 11468 saylı sənəd müzakirə edilməli olsa da, iclasın gündəliyinə salınmayıb. Azərbaycan nümayəndə həyətinin rəhbəri Səməd Seyidov isə bu məsələnin müzakirə olunmadığını və olunmayacağını söyləyib: “Bu məsələ müzakirə oluna da bilməz. Çünki bu işi Monitorinq Komitəsi görür. Büroya istənilən sənəd təqdim oluna bilər. Lakin onun büroda müzakirəsi mütləqdirmi? Azərbaycanla bağlı büroya cəmi bir sənəd gəlmişdi, o da müzakirə edilmədi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR