Bank Of Baku

Andres Herkel: “Azərbaycana səfərimiz zamanı Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrdə iştirak edəcəyik”

Andres Herkel: “Azərbaycana səfərimiz zamanı Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrdə iştirak edəcəyik”
# 28 yanvar 2008 15:55 (UTC +04:00)
A. Herkel APA-ya eksklüziv açıqlamasında bildirib ki, səfər zamanı Azərbaycanda prezident seçkiləri ilə bağlı gedən proses, söz azadlığı və məhbus məsələləri prioritet təşkil edəcək: “Səfərimiz Venesiya Komissiyası üzvlərinin Bakıya səfəri ilə eyni vaxta düşdüyündən, Seçki Məcəlləsinə dəyişikliklər və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı müzakirələrdə də iştirak edəcəyik”. A. Herkel deyib ki, budəfəki səfər zamanı yalnız Bakıda olacaq, regionlara getməyəcəklər: “Səfərimizin bir gününü məhbuslar, hökumət nümayəndələri və hüquq müdafiəçilərinin təmsil olunduğu insan haqları üzrə işçi qrupun üzvləri ilə görüşlərə həsr edəcəyik”. Səfər proqramının hələlik tam təsdiqlənmədiyini diqqətə çatdıran həmməruzəçi bununla belə, hökumət nümayəndələri, siyasi partiya, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcəklərini deyib. O, AŞ PA-nın sessiyası çərçivəsində digər həmməruzəçi Y. Jivkova ilə ilk görüşlərini keçirdiklərini, bu həftə ərzində də birgə səfərlərlə bağlı informasiya mübadiləsi aparacaqlarını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR