Bank Of Baku

Azərbaycan-Rusiya siyasi məsləhətləşmələrində “RTR-Planeta” kanalının ölkəmizdə yayımı məsələsi də müzakirə olunub

Azərbaycan-Rusiya siyasi məsləhətləşmələrində “RTR-Planeta” kanalının ölkəmizdə yayımı məsələsi də müzakirə olunub
# 29 yanvar 2008 07:57 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə həmçinin Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri də müzakirə edilib. Siyasi məsləhətləşmələrə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da qatılıb. Bu gün Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya-Azərbaycan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının 15-ci iclasında iştirak edəcək. Rusiya tərəfdən komissiyaya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko rəhbərlik edir. Görüşdə iki ölkə sərhədində razılaşdırılmamış iki sahə üzrə müzakirələr aparılacaq. Xatırladaq ki, komissiyanın dekabrın 18-19-da Bakıda keçirilmiş iclasında bir sahə üzrə razılıq əldə olunmuşdu. Tərəflər razılaşdırılmamış son iki sahə üzrə razılığa gələcəklərinə ümid edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR