Bank Of Baku

Qulamhüseyn Əlibəyli: ““Azadlıq” blokunun prezident seçkilərində iştirakı mümkündür”

Qulamhüseyn Əlibəyli: ““Azadlıq” blokunun prezident seçkilərində iştirakı mümkündür”
# 29 yanvar 2008 08:32 (UTC +04:00)
““Azadlıq” blokunun prezident seçkilərində iştirakı mümkündür. Hər bir partiya, seçki bloku seçkidə iştirak etməyə üstünlük verməlidir. Amma blokun seçkiyə qatılıb-qatılmayacağını gələcək göstərəcək”. Bu sözləri APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Siyasi partiyaların seçkilərdə iştirakının arzu edilən olduğunu söyləyən Q. Əlibəyli hazırda blokun seçki qanunun təkmilləşdirilməsi, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi tələbini irəli sürdüyünü qeyd edib: “Bu tələblərin hansı dərəcədə nəzərə alınmasından asılı olaraq blok seçkilərdə iştirakla bağlı qərar verəcək. Təbii ki, heç bir dəyişiklik olmayacağı halda seçkilər boykot ediləcək. Düşünürəm ki, boykotun da müəyyən nəticələri mümkündür. Ona görə də seçkilərdə iştirak etməməyi faciə saymıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR