Azər Mürsəliyev: “Rusiyanın Qəbələ RLS-dən birgə istifadə barədə təklifi informasiya müharibəsində bir gediş idi”
- Seçkilərlə bağlı yeganə intriqa Dmitri Medvedevin nə qədər səs toplayacağından ibarətdir Vladimir Putindən çox, yoxsa az. Seçkilərin özü artıq heç kim üçün maraq kəsb etmir, çünki faktiki olaraq baş tutub. Qarşıdakı səsvermə isə yerinə yetirilməsi vacib ritual olmaqdan uzağa getməyəcək. Müxalifətin dağıldığını nəzərə alsaq, yaxın gələcəkdə siyasi aktivliyin əsasən hakim partiya daxilində müxtəlif qruplaşmaların gizli mübarizəsi şəklində özünü göstərəcəyini söyləyə bilərik.
- Azərbaycanla Rusiya arasındakı münasibətlərin indiki səviyyəsi haqqında nə düşündüyünüzü bilmək maraqlı olar. Məlum olduğu kimi, Vladimir Putinin prezidentliyi dövründə iki ölkə münasibətləri normallaşıb. Rusiyada keçiriləcək prezident seçkilərindən sonra bu istiqamətdə hər hansı dəyişiklik gözlənilirmi?
- Azərbaycanla Rusiya arasındakı münasibətlərin indiki səviyyəsi kifayət qədər qənaətbəxşdir. Dəyişikliklər baş versə belə, prezident seçkiləri ilə əlaqədar olmayacaq. Çünki Rusiyada əvvəlki komanda və əvvəlki lider Vladimir Putin hakimiyyətdə qalacaq.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin perspektivləri haqda nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu il danışıqlar prosesində hər hansı ciddi irəliləyiş gözləməyə dəyməz. Ermənistanda və Azərbaycanda prezident seçkiləri keçiriləcək, seçki ilində isə ciddi danışıqlar aparılmır.
- Sizcə Qəbələ RLS-dən birgə istifadə barədə Vladimir Putinin təklifi reallaşa bilərmi? Azərbaycan bundan nə itirə və ya nə qazana bilər?
- Mənə elə gəlir ki, bu mövzu artıq öz aktuallığını itirib. Üstəlik, bu təklif informasiya müharibəsində bir gediş idi. Moskva bu təklifi Şərqi Avropada ABŞ raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə bir alternativ kimi irəli sürmüşdü. ABŞ-ın imtinası halında dünya görməliydi ki, ABŞ bu sistemləri Avropanı İran raketlərindən qorumaq üçün yox, Rusiya ilə mümkün münaqişə ehtimalını nəzərə alaraq (bu halda həmin sistemlər Avropanı yox, yalnız ABŞ-ı qorumağa qadir olacaq) yaradır. Buna görə də ABŞ Rusiyanın təklif etdiyi oyunu bir müddət oynamağa məcbur oldu ki, imtina nümayişkaranə görünməsin. Azərbaycana gəldiksə isə, o, böyük dövlətlərlə bərabərhüquqlu tərəf kimi masaya oturmaqla bu situasiyadan uduşlu çıxdı.
- Gürcüstandakı son proseslərə və növbədənkənar prezident seçkilərində Mixail Saakaşvilinin qələbəsinə münasibətiniz necədir?
- Bizim qəzet Gürcüstandakı prosesləri diqqətlə izləyir və hadisələri maksimum ətraflı işıqlandırmağa çalışır. Nəticələr parlament seçkilərindən sonra tam aydınlaşacaq və böyük ehtimalla bu seçkilərdə müxalifət revanş götürəcək. Əgər prezident Saakaşvili və müxalifətçi parlament birgə işləyə bilsələr, MDB ərazisində kifayət qədər cəlbedici siyasi model ortaya çıxmış olacaq.
- İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Sizcə rəsmi Bakının bu məsələdə mövqeyi necə olmalıdır?
- Təəssüf ki, vəziyyət getdikcə daha dolaşıq hal almaqdadır. Öz avtoritar sistemi, dünyaya və qonşularına müntəzəm dərs verməyi xoşlayan ayətullahları ilə regionda açıq-aşkar hegemonluğa can atan İranın nüvə proqramını məntiqi sonluğa çatdırarsa, qonşuları ilə mübahisələrdə bundan istifadə etməyəcəyini düşünmək sadəlövhlük olardı. Dünya bunu gözəl anlayır. Ona görə də İranın nüvə proqramı nəinki Qərbdə və İsraildə, ərəb dövlətlərində də kəskin narazılıqla qarşılanır. Son aylar ABŞ-ın mövqeyi bir qədər yumşalsa da, bu ölkənin İrana qarşı hərbi əməliyyat keçirməsi ehtimalı kifayət qədər yüksəkdir. ABŞ öz qoşunlarını sonsuzluğa qədər İraqda saxlaya, eyni zamanda İran problemini həll etmədən oradan çıxa bilməz. Belə vəziyyətdə Azərbaycan həm maksimum ehtiyatlı siyasət yeritməli, həm də situasiyanın ən əlverişsiz inkişafına hazırlaşmalıdır. /APA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb