Bank Of Baku

Arif Hacılı: “Yerli strukturlara malik ciddi siyasi təşkilatın müdafiə etmədiyi namizədin seçkilərdə uğur qazanması mümkün deyil”

Arif Hacılı: “Yerli strukturlara malik ciddi siyasi təşkilatın müdafiə etmədiyi namizədin seçkilərdə uğur qazanması mümkün deyil”
# 29 yanvar 2008 10:00 (UTC +04:00)
“O şəxs müxalifətin real namizədi hesab oluna bilər ki, arxasında ciddi siyasi təşkilat dayansın. Minlərlə üzvü olan və bütün respublika ərazisində yerli strukturlara malik ciddi siyasi təşkilatın müdafiə etmədiyi namizədin seçkilərdə uğur qazanması mümkün deyil”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. O, indiki dövrdə bu tələbə yalnız Yeni Azərbaycan Partiyasının, Müsavat Partiyasının və Azərbaycana Xalq Cəbhəsi Partiyasının cavab verdiyini deyib: “Müxalifətin seçkidə namizədinin müəyyənləşməsi işində həlledici rolu Müsavat və AXCP oynaya bilər. Ona görə də bütövlükdə müxalifətin inteqrasiyası və vahid namizədin müəyyən edilməsi məsələsindən danışarkən ilk növbədə bu iki təşkilatın ayrı-ayrılıqda və ya birlikdə dəstəklədiyi namizəddən söhbət gedə bilər.” A. Hacılı AXCP və Müsavatın müdafiə etmədiyi namizədin seçkilərdə uğur qazanmaq ehtimalının olmadığını qeyd edib. Buna görə də prezidentliyə namizədlərin koalisiyasının yaradılmasının effekt verməyəcəyini deyən A. Hacılı hesab edir ki, namizəd olmaq istəyən şəxs ilk növbədə Müsavat və AXCP-nin dəstəyinə nail olmaq barədə düşünməlidir: “Yalnız arxasında belə bir struktura malik təşkilatların dayandığı şəxs seçkilərdə uğur qazana bilər. Koalisiyalar təşkilatlar arasında yaradılmalıdır. Əgər süni sürətdə namizədlərin koalisiyasından söhbət getsə, hər kəs öz namizədliyini irəli sürüb, bu koalisiyaya daxil olmaq xəttini seçə bilər. Bu da müxalifət düşərgəsində xaotik vəziyyət yaradar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR