Bank Of Baku

AŞ PA məruzəçisi Edvard Oharanın regiona səfərinin vaxtı bu ilin martında müəyyənləşəcək

AŞ PA məruzəçisi Edvard Oharanın regiona səfərinin vaxtı bu ilin martında müəyyənləşəcək
# 29 yanvar 2008 10:44 (UTC +04:00)
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov APA-ya bildirib ki, E. Oharanın rəhbərlik etdiyi missiyanın regiona səfərin vaxtı qurumun Elm, təhsil və mədəniyyət komissiyasının martın ortalarında Parisdə keçiriləcək iclasında dəqiqləşəcək: “Edvard Oharanın səfərinin vaxtının konkretləşdirilməsi Cənubi Qafqazın hər üç respublikasından asılıdır. Hər üç respublikada səfərin nəzərdə tutulduğu vaxta mane olan amillər, seçkilər və ya digər hadisələr nəzərə alınmalıdır”.
R. Hüseynov Parisdə keçiriləcək görüşdə səfərin marşrutlarının da konkretləşdiriləcəyini deyib. Onun sözlərinə görə, hazırda tərəflərə müşahidə ediləcək obyektlərin xəritəsinin hazırlanması təklif olunub: “Biz Dağlıq Qarabağ, işğal altında olan digər yeddi rayon, o cümlədən Ermənistan ərazisində müşahidə ediləcək obyektlərin xəritələrini təqdim edəcəyik. Bu xəritələrə həmin obyektlərin fotoları və digər sənədlər də əlavə olunacaq. Hələ üç il əvvəl biz Avropa Şurasında Ermənistan ərazisindəki Azərbaycan mədəniyyət abidələri ilə bağlı sənəd hazırlamışdıq. Orada konkret olaraq həm İrəvan şəhərində, həm də azərbaycanlıların kompakt yaşadığı digər ərazilərdə olan mədəni irs nümunələri ilə bağlı fakt təqdim etmişdik. Düşünürəm ki, həm Ermənistan, həm də işğal altındakı Azərbaycan torpaqlarındakı mədəni abidələrimizlə bağlı daha müfəssəl sənədlər təqdim edəcəyik. Mart ayında keçiriləcək görüşümüzdə Edvard Ohara ilə birlikdə bu məsələ bir daha detalları ilə müzakirə olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR