Bank Of Baku

Eldar Səfərov: “Rusiya Qəbələ RLS-dən imtinasına dair Azərbaycana rəsmi məlumat verməyib”

Eldar Səfərov: “Rusiya Qəbələ RLS-dən imtinasına dair Azərbaycana rəsmi məlumat verməyib”
# 29 yanvar 2008 11:02 (UTC +04:00)
“Rusiya Kosmik Qoşunlarının komandanının Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı verdiyi bəyanat ilk dəfədir səslənir. Bəyanatın nə dərəcədə real olduğunu zaman göstərəcək”. Bu sözləri keçirdiyi mətbuat konfransında APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Səfərov deyib. Rusiya Kosmik Qoşunlarının komandanı Vladimir Popovkinin ölkəsinin Qəbələ RLS-dən və keçmiş SSRİ ərazisindəki digər bu tipli obyektlərdən imtina edəcəyini söyləməsinə münasibət bildirən nazirlik sözçüsü hələlik rəsmi Moskvanın bu barədə Azərbaycan tərəfinə hər hansı məlumat vermədiyini söyləyib: “Belə bir müraciət daxil olarsa, rəsmi münasibət bildiriləcək. Qəbələ Radiolokasiya Stansiyası Azərbaycanın mülkiyyətidir. Azərbaycanın icazəsi olmadan ondan istifadə etmək mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR