Bank Of Baku

Hüquq müdafiəçiləri AŞPA-nın qış sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər

Hüquq müdafiəçiləri AŞPA-nın qış sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər
# 29 yanvar 2008 12:04 (UTC +04:00)
Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında iştirak edən Azərbaycanın hüquq müdafiəçiləri sessiyanın nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, konfransda Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı iştirak edib. S. Qocamanlı sessiyada ən prinsipial məsələnin siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, bu məsələ ötən ildən qaldırılıb və kifayət qədər ciddi mərhələdədir. Qış sessiyasında xüsusi məruzəçinin təyin edilməməsinin səbəblərinə toxunan S. Qocamanlı bunu yaxın günlərdə həmməruzəçilərin Azərbaycana səfəri ilə əlaqələndirib: “Avropa Şurası bütün siyasi məhbusların, xüsusilə jurnalistlərin və xəstə məhbusların azad edilməsini tələb edir. Həmməruzəçiləçr Azərbaycanda olduqları müddətdə 12 siyasi məhbusla görüşmək fikrindədir. Bunlar jurnalistlər, xəstə məhbuslar və keçmiş nazirlərdir. Həmməruzəçilər səfər zamanı dövlət rəsmiləri ilə görüşəcək və siyasi məhbusların azad edilməsi üçün müzakirələr aparacaqlar. Müzakirələrdə müsbət nəticə əldə edilməsə, o zaman aprel sessiyasında xüsusi həmməruzəçi təyin ediləcək”. Hüquq müdafiəçiləri AŞPA-nın qış sessiyası çərçivəsində Venesiya Komissiyası, AQO qrupu, İnsan Hüquqları üzrə Komissarlıqda görüşlər keçirdiklərini bildiriblər. Hüquq müdafiəçilərinin hökumət nümayəndələri və QHT təmsilçilərin ibarət insan haqları üzrə işçi qrupu ətrafında yaranmış məsələyə də münasibət bildiriblər. İşçi qrupundan çıxmaq haqqında bəyanat verib sonradan öz bəyanatlarından imtina etməsinin səbəblərini açıqlayan N. Cəfəroğlu bildirib ki, əfv verilən gün onlara siyasi məhbus siyahısında olan şəxslərdən yalnız 3 nəfərin azad edilməsi barədə məlumat veriblər: “Amma səhər gördük ki, əfv fərmanı adı bizim siyahıda olan şəxslərin 18 nəfərinə şamil edilib. Ona görə də qrupda qalmaq qərarına gəldik. Çünki işçi qrupunda olmaq hüquq müdafiəsi ilə bağlı digər problemlərin həllində də müəyyən təsir imkanları yaradır. Biz təkcə siyasi məhbusların müdafiəçisi deyilik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR