Bank Of Baku

Əli Əhmədov ABŞ səfirinin müşaviri ilə görüşüb

Əli Əhmədov ABŞ səfirinin müşaviri ilə görüşüb
# 29 yanvar 2008 13:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin siyasi və iqtisadi məsələlər üzrə müşaviri Coan Polasşiki ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə bu il keçiriləcək prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, prezident seçkilərinə hazırlıq işləri çərçivəsində YAP-ın həyata keçirdiyi tədbirlər və görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Ə. Əhmədov partiyanın seçki kampaniyasına hazırlıq işlərinin yüksək səviyyədə və daha müasir texnologiyaların tətbiqi ilə həyata keçirildiyini qeyd edib, YAP-ın prezident seçkilərinin tam demokratik və şəffaf şəraitdə keçirilməsində daha çox maraqlı olduğunu nəzərə çatdırıb. ABŞ səfirliyinin təmsilçisi isə öz növbəsində Azərbaycanda prezident seçkilərinin ədalətli, demokratik şəraitdə keçiriləcəyinə əminliyini ifadə edib. Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR