Bank Of Baku

Rauf Qurbanov Kommunist Partiyaları İttifaqının İcraiyyə Komitəsinin üzvü seçilib

Rauf Qurbanov Kommunist Partiyaları İttifaqının İcraiyyə Komitəsinin üzvü seçilib
# 29 yanvar 2008 13:22 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) digər qanadına rəhbərlik edən Rauf Qurbanov Kommunist Partiyaları İttifaqının (KPİ) Moskvada keçirilən toplantısında qurumun İcraiyyə Komitəsinin üzvü seçilib. R. Qurbanov APA-ya bildirib ki, partiyanın 3 üzvü KPİ-nın Siyasi Şurasının üzvü seçilib, Rüstəm Şahsuvarovun və Seyidağa Muradovun qurumdakı üzvlüyünə isə xitam verilib. Onlar haqda bu qərarın çıxarılmasına səbəb AKP-də pozuculuqla məşğul olmaları olub. R. Qurbanov KPİ-nın sədrinin birinci müavini Yevgeni Kopışevin AKP-nin fəaliyyətinə dair məruzə ilə çıxış etdiyini də deyib. O, KPİ-nın 34-cü qurultayının sentyabrda keçirilməsinin planlaşdırıldığını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR