Bank Of Baku

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib
# 29 yanvar 2008 13:23 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Blokun üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, toplantıda ötən həftə ərzində 2008-ci ilin fəaliyyət istiqamətləri və strategiyası ilə bağlı partiyalarda aparılan müzakirələrin nəticələrinə diqqət yetirilib. Blokun seçki ilə bağlı hələlik qəti qərar vermədiyini bildirən Ə. Əliyevin sözlərinə görə, indidən bu barədə qərar vermək tezdir: “Seçki ili indi başlayıb və ən azı aprelə kimi vəziyyətin dəyişməsinə çalışacağıq. Təxminən mayda seçki haqqında qərarı daha konkretləşdirəcəyik”. Seçki Məcəlləsinin dəyişməsi ilə bağlı kütləvi aksiyaların planlaşdırılmasına gəldikdə, partiya sədri bildirib ki, blokun üzvü olan qurumlarda aksiyaların keçirilməsinə hazırlıq məsələsi də dəyərləndirilib və qənaətbəxş hesab olunub: “Lazım olan məqamda aksiyaların da keçirilməsi nəzərdə tutulur”. İclasda həmçinin, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının yekunları müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR