Bank Of Baku

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı İFES-in Bakı ofisinin direktoru ilə görüşüb

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı İFES-in Bakı ofisinin direktoru ilə görüşüb
# 29 yanvar 2008 13:40 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) Bakı ofisinin direktoru Den Blessinqtonla görüş keçirib. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə qarşıdakı prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. M. Zülfüqarlı seçki qərargahının seçki maarifçiliyi, seçkilərin monitorinqi sahəsində görəcəyi işlər, qərargah üzvlərinin hazırladığı kitablar, keçiriləcək beynəlxalq konfrans, Seçki Məcəlləsinə təklif olunan dəyişiklər barədə geniş məlumat verib. D. Blessinqton da öz növbəsində seçkilərlə bağlı planlaşdırdıqları işlər barədə danışıb. O, seçki maarifçiliyi sahəsində AVCİYA ilə əməkdaşlığa hazır olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR