Bank Of Baku

Ermənistanın Təbrizdə konsulluq açmasına etiraz məqsədilə imzatoplama kampaniyası davam edir

Ermənistanın Təbrizdə konsulluq açmasına etiraz məqsədilə imzatoplama kampaniyası davam edir
# 29 yanvar 2008 13:49 (UTC +04:00)
Ermənistanın Təbrizdə baş konsulluq açmasına etiraz edən şəhər sakinləri arasında imzatoplama kampaniyası davam edir. Təbriz sakini Qulamrza Əmani APA-ya bildirib ki, toplanan imzalar fevralın 3-də etiraz məktubları ilə birlikdə şəhərin fərmandarına (şəhər hökumətinin rəhbəri) təqdim olunacaq. Onun sözlərinə görə, şəhərdə yaşayan azərbaycanlılar Təbrizdə işğalçı Ermənistan dövlətinin konsulluğunun açılmasını özlərinə təhqir sayır. İran rəhbərliyinə ünvanlanan məktublarda bildirilir ki, dövlət bu məsələnin həssaslığına diqqət yetirməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR