Bank Of Baku

Venesiya Komissiyasının təşkilatçılığı ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tədbir keçiriləcək

Venesiya Komissiyasının təşkilatçılığı ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tədbir keçiriləcək
# 29 yanvar 2008 14:06 (UTC +04:00)
Fevralın 13-də Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı daha bir tədbir keçiriləcək. APA-nın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. O bildirib ki, azərbaycanlı hüquq müdafiəçiləri Strasburqda olarkən Venesiya Komissiyasının rəhbəri Canni Bukikkio ilə görüş keçiriblər. C. Bukikkio Azərbaycanın bəzi siyasi partiyalarının Seçki Məcəlləsi ilə bağlı bir neçə ay əvvəl keçirilmiş müzakirələri boykot etməsindən təəssüflənib və bu müzakirələrin davam etdiriləcəyini deyib. S. Qocamanlının sözlərinə görə, növbəti toplantının da seçkilərdə iştirak edəcək tərəflərin iştirakı ilə keçirilməsi planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR