Bank Of Baku

Arif Hacılı: “Demokratiyanın müdafiəsi ideyası ətrafında ciddi koalisiyanın yaradılması mümkündür”

Arif Hacılı: “Demokratiyanın müdafiəsi ideyası ətrafında ciddi koalisiyanın yaradılması mümkündür”
# 29 yanvar 2008 15:09 (UTC +04:00)
“Müxalifətin sammitinin keçirilməsi ilə bağlı təkliflərdə söhbət hər hansı partiyanın və ya liderin ətrafında birləşməkdən yox, demokratiyanın müdafiəsi ideyasının ətrafında birləşməkdən gedir. Ona görə də belə toplantının keçirilməsi arzuolunandır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Müsavat ölkədəki demokratik dəyərlərin müdafiəsi və islahatların keçirilməsi istiqamətində müqavimət hərəkatının yaradılmasını təklif edir. Sammitin keçirilməsi təklifində şəxsi iddialar və ambisiyaların rol oynamadığını düşünən A. Hacılı hesab edir ki, söz və mətbuat azadlığının müdafiəsi, sərbəst toplaşmaq hüququnun bərpası, seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi və proporsional seçki sisteminin bərpası ətrafında ciddi koalisiyanın yaradılması mümkündür: “Seçkilərə və ya bir-birinə münasibətindən asılı olmayaraq müxalifət partiyalarının mütləq əksəriyyəti bu problemlərin həllini arzu edir. Ona görə də keçiriləcək sammit Azərbaycanda fəaliyyət göstərən və demokratik islahatlar istəyində olan bütün siyasi qüvvələrin bir araya gəlməsinə xidmət göstərəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR