Bank Of Baku

Ukrayna parlamentinin komitə sədri GUAM-ın Nizamnaməsinin ratifikasiyasına nail olacaqlarını bildirib

Ukrayna parlamentinin komitə sədri GUAM-ın Nizamnaməsinin ratifikasiyasına nail olacaqlarını bildirib
# 29 yanvar 2008 16:39 (UTC +04:00)
“GUAM-ın Nizamnaməsinin ratifikasiyası ilə təşkilatın formalaşması başa çatacaq və biz nəhayət, hərtərəfli praktik fəaliyyətə keçə biləcəyik”. Bu sözləri APA-ya açıqlamasında Ukrayna Ali Radasının Xarici Əlaqələr Komitəsinin sədri, “Yuliya Timoşenko” blokunun üzvü Oleq Bilorus deyib. O, GUAM-ın Nizamnaməsini hazırlayanlardan biri olduğunu və qurumun baş katibi Valeri Çeçelaşvili ilə tez-tez görüşdüyünü söyləyib. Deputat bildirib ki, fevralın 8-də Nizamnamənin Ukrayna parlamentində ratifikasiyası gözlənilir. O. Bilorusun fikrincə, parlamentdə sənədin ratifikasiyasına əngəl törətmək istəyənlər məqsədlərinə nail olmayacaq. Bu sırada o, Regionlar Partiyası, Kommunist Partiyası və Litvinin blokunun bir hissəsini göstərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR