Bank Of Baku

Moskvada “Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında” müqavilə layihəsi müzakirə olunub

Moskvada “Azərbaycan və Rusiya arasında dövlət sərhədi haqqında” müqavilə layihəsi müzakirə olunub
# 30 yanvar 2008 07:31 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Yakovenkonun rəhbərlik etdiyi dövlət komissiyalarının birgə iclasında komissiyanın üzvləri, həmçinin əlaqədar sərhəd rayonlarının - Qusar, Xaçmaz və Balakən rayonlarının rəhbərləri və ekspertlər iştirak ediblər. İclasda razılaşdırılmamış sahələrdə dövlət sərhəd xəttinin keçməsi məsələlərinin müzakirəsi davam etdirilmiş, normativ-hüquqi sənədlər və kartoqrafik materiallar qiymətləndirilib. Tərəflərin mövqelərinin yaxınlaşması nəticəsində delimitasiya prosesinin başa çatdırılması üçün müvafiq imkanlara baxılıb, işlərin davam etdirilməsi qərara alınıb. “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” müqavilə layihəsi üzrə fikir mübadiləsi aparılıb və əsas kimi qəbul edilib, iclasın yekunlarına dair müvafiq protokol imzalanıb. Əldə olunan razılaşmaya əsasən komissiyanın növbəti iclası Azərbaycanda keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR