Bank Of Baku

Novruz Məmmədov: “2008-ci ildə Azərbaycanın xarici siyasət kursunda prioritetlər dəyişməyəcək”

Novruz Məmmədov: “2008-ci ildə Azərbaycanın xarici siyasət kursunda prioritetlər dəyişməyəcək”
# 30 yanvar 2008 08:19 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib. Şöbə müdiri bildirib ki, Azərbaycan dövlət başçısının bu il həyata keçirəcəyi xarici siyasət kursunun proqramında da məhz bu istiqamətdə addımlar atılması nəzərdə tutulub: “Qərb ölkələri ilə sıx əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin dərinləşdirilməsi, beynəlxalq əməkdaşlıqda regional lider kimi əsas yükü öz üzərinə götürərək, bütün bu işlərdə fəal iştirak edən ölkə kimi xarici siyasət kursunu davam etdirmək əsas məqsəddir”.
Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər barədə danışan şöbə müdiri dövlət başçısının 30-a yaxın görüş keçirdiyini deyib: “Dövlət və hökumət başçıları, xarici işlər nazirləri, dünyanın ən böyük şirkətlərinin rəhbərləri və digər şəxslərlə görüşlər olub. Bu görüşlərdə Azərbaycanla əməkdaşlığa çox böyük maraq olduğu bir daha ortaya qoyuldu, görüşlərdə əməkdaşlıq layihələri ilə bağlı fikirlər səsləndi, bir çox təkliflər oldu. Onların içərisində Ukraynada neft emalı zavodunun inşası da vardı. Lakin düşünürəm ki, indidən bu haqda fikir söyləmək çətindir. Bu təkliflərin ətrafında nəzəri-praktiki, texniki hesablamalar aparılmalı, danışıqlar olmalı, müvafiq qurumlar məsələni ətraflı götür-qoy edib, öyrənməlidir. Yalnız sonra bununla bağlı konkret fikir söyləmək olar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR