Bank Of Baku

ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin yeni direktoru Sərdar Cəlaloğlu ilə görüşüb

ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin yeni direktoru Sərdar Cəlaloğlu ilə görüşüb
# 30 yanvar 2008 10:04 (UTC +04:00)
ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin yeni direktoru Yan Vudvord Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüşüb. Partiyanın mətbuat xidlmətindən APA-ya daxil olan məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və qarşıdakı prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ADP ilə MDİ arasında əməkdaşlığın perspektivlərinə xüsusi önəm verilib və partiya üzvləri üçün treninq və seminarların keçirilməsinə dair razılıq əldə olunub. Görüşdə ADP sədrinin birinci müavini Həsrət Rüstəmov və sədr müavini Taliyət Əliyev də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR