Bank Of Baku

Arif Hacılı: “Müsavatda qruplaşma yaratmağa cəhd göstərənlər bu istəklərinə nail ola bilməyəcəklər”

Arif Hacılı: “Müsavatda qruplaşma yaratmağa cəhd göstərənlər bu istəklərinə nail ola bilməyəcəklər”
# 30 yanvar 2008 10:28 (UTC +04:00)
“Müsavat Partiyası daxilində qruplaşmalar yoxdur. Partiya Məclisinin sonuncu iclası bunu bir daha təsdiq etdi”. Bu sözləri APA-ya açıqlamasında Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı deyib. O, Məclisin iclasında Sülhəddin Əkbərlə aralarında baş verən fikir ayrılığının anlaşılmazlıqdan irəli gəldiyini söyləyib: “Hesab edirəm ki, orada deyilən sözlərdən uzağa gedən nəticə çıxarmaq lazım deyil. Məclisin toplantısı kifayət qədər uğurla başa çatdı. İstər siyasi qüvvələr arasında, istərsə də mətbuatda Müsavat Partiyası daxilində ciddi fikir ayrılıqlarının olması barədə gedən müzakirələrin əsassız olduğu ortaya çıxdı. Müsavat Partiyasının Avropa Liberal Demokratlar İttifaqı Partiyasına qoşulmasının partiyanın böyük bir hissəsində narazılıq doğurduğu iddia edilirdi. Lakin bu məsələ ətrafında bir daha fikir mübadiləsi aparıldı və Məclis üzvləri yekdilliklə qərarın doğru olduğunu bir daha təsdiqlədilər. Eyni zamanda Müsavatın prezident seçkilərində iştirakı ilə bağlı partiya daxilində fikir ayrılığının olduğuna dair fikirlər də təsdiqini tapmadı”. A. Hacılının sözlərinə görə, Müsavat daxilində qruplaşma yaratmağa cəhd göstərən qüvvələr məqsədlərinə nail ola bilməyəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR