Bank Of Baku

YAP sədrinin müavini: “Uydurma siyasi məhbus məsələsi ilə Azərbaycana təzyiqlər edilməsi demokratiyaya ziddir”

YAP sədrinin müavini: “Uydurma siyasi məhbus məsələsi ilə Azərbaycana təzyiqlər edilməsi demokratiyaya ziddir”
# 30 yanvar 2008 10:34 (UTC +04:00)
“Bütün beynəlxalq qurumlar dərk edir ki, Azərbaycanla ultimatumla danışmaq mümkün deyil. Ona görə də inanmıram ki, hər hansı beynəlxalq təşkilatın Azərbaycanla ultimativ dildə danışması səmərə versin”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov siyasi məhbus hesab olunan şəxslər həbsdən azad edilməyəcəyi təqdirdə, Avropa Şurasının Azərbaycan üzrə xüsusi məruzəçi təyin edəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlar və qurumlarla səmərəli əməkdaşlıq edir. Digər tərəfdən, Azərbaycanda siyasi məhbus olmadığını deyən Ə. Əhmədov hesab edir ki, hər hansı beynəlxalq təşkilat uydurma siyasi məhbus məsələsi ilə Azərbaycana təzyiqlər etmək istəyirsə, bu, demokratiyaya ziddir: “Təbii ki, Azərbaycan bu təsirlərə adekvat cavab verəcək. Hər hansı məruzəçinin təyin edilməsi Azərbaycanın inkişafı üçün elə bir əhəmiyyət kəsb etmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR