Bank Of Baku

YAP-ın Gənclər Birliyi Gənclər Günü münasibətilə tədbir keçirib

YAP-ın Gənclər Birliyi Gənclər Günü münasibətilə tədbir keçirib
# 30 yanvar 2008 10:45 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə “Gələcəyə doğru İlhamla “ adlı tədbir keçirib. APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Ramin Məmmədov ötən illər ərzində ölkədə əhəmiyyətli islahatların həyata keçirildiyini və bu prosesdə cəmiyyətin avanqard qüvvəsi kimi YAP Gənclər Birliyinin fəal rol oynadığını söyləyib. YAP-ın icra katibi Əli Əhmədov ötən ilin Azərbaycan gəncliyinin həyatında əlamətdar il olduğunu vurğulayaraq 2008-ci ilin də uğurlu olacağına inandığını deyib: “Azərbaycan gəncliyi dünyanın ən dinamik ölkəsinin gəncliyi olduğunu qürurla dərk edir”. Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradov isə Gənclər Gününün Şərqi Avropada ilk dəfə məhz Azərbaycanda keçirildiyinə diqqət yönəldib. İştirakçılar sonda prezident İlham Əliyevə və Azərbaycan gənclərinə müraciət ünvanlayıb. Tədbir musiqi proqramı ilə davam edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR