Bank Of Baku

Riçard Luqar: “Azərbaycan öz enerji resurslarından qlobal təhlükəsizliyə töhfə vermək üçün istifadə edir”

Riçard Luqar: “Azərbaycan öz enerji resurslarından qlobal təhlükəsizliyə töhfə vermək üçün istifadə edir”
# 30 yanvar 2008 12:44 (UTC +04:00)
Azərbaycan və Qazaxıstana münasibətdə Cekson-Venik düzəlişinin ləğvini təklif edən senator Riçard Luqar bununla bağlı Konqresə məktub göndərib. APA-nın ABŞ bürosunun xəbərinə görə, R. Luqar məktubunda yazıb ki, bir müddət əvvəl Bakıda prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva ilə maraqlı söhbəti olub. O, Azərbaycanın öz neft bazarını xarici investorlara açmasını və neft-qaz kəmərləri inşa etməsini cəsarətli addım adlandırıb və prezident İlham Əliyevə minnətdarlığını bildirib. R. Luqar Qazaxıstan və Türkmənistanın neft-qaz ehtiyatlarının transxəzər layihəsi vasitəsilə nəqlinin beynəlxalq sülhə və təhlükəsizliyə misilsiz töhfə verəcəyini vurğulayıb. Senator qeyd edib ki, bölgəyə son səfəri zamanı Bakıda və Aşqabadda enerji əməkdaşlığının perspektivləri barədə ümidverici bəyanatlar eşidib. R. Luqar 2007-ci ildə Azərbaycan Neft Fondunun BMT-nin “İctimai xidmət” mükafatını almasını digər inkişaf etməkdə olan ölkələr üçün nümunə adlandırıb. Müraciətin sonunda o, konqresmenlərdən məlum təşəbbüsə dəstək verməyi xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR