Bank Of Baku

Tənzilə Rüstəmxanlı Türkiyədə bir qrup şəxsin həbs olunması ilə bağlı mətbuat konfransı keçirib

Tənzilə Rüstəmxanlı Türkiyədə bir qrup şəxsin həbs olunması ilə bağlı mətbuat konfransı keçirib
# 30 yanvar 2008 13:43 (UTC +04:00)
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədə bir qrup şəxsin həbs olunması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Türkiyədə millətçilərin və dövlətin güclənməsi uğrunda mübarizə aparanların təzyiqlərlə üzləşdiyini söyləyib. Birlik sədri general Vəli Kiçikün əsassız iddialarla həbs edildiyini söyləyib və Türkiyə hökumətinin millətçilərə qarşı mövqeyini pisləyib. Keçmiş prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev də bu şəxslərin dövlət çevrilişinə cəhd etməsinə inanmadığını deyib. Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Qulamrza Səbri Təbrizi və başqaları da V. Küçükün dəstəsinin həbsini pisləyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR