Bank Of Baku

AMİP sədrinin istefa ərizəsi fevralın 2-də qəbul olunacaq

AMİP sədrinin istefa ərizəsi fevralın 2-də qəbul olunacaq
# 30 yanvar 2008 13:51 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmovun istefa ərizəsi Siyasi Şuranın fevralın 2-də keçiriləcək iclasında qəbul olunacaq. AMİP-in mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, sədrin istefasından sonra Siyasi Şuranın keçiriləcək ilk iclasında A. Rüstəmovun ərizəsi ilə bərabər, partiyanın 2008-ci il üçün fəaliyyət proqramı, katibliyin iş planı, Mərkəzi Şuranın növbəti iclasının vaxtı və “Beşlər” çərçivəsində fəaliyyətin davam etdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Növbədənkənar qurultayın vaxtı isə Mərkəzi Şuranın iclasında müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR