Bank Of Baku

QAT Bakıda keçiriləcək NATO tədbirinə ermənilərin dəvət olunmasını pisləyən bəyanat yayıb

QAT Bakıda keçiriləcək NATO tədbirinə ermənilərin dəvət olunmasını pisləyən bəyanat yayıb
# 30 yanvar 2008 14:12 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) Bakıda keçiriləcək NATO seminarına erməni nümayəndələrinin dəvət edilməsi ilə bağlı bəyanat yayıb. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda erməni nümayəndələrinin tədbirdə iştirakı yolverilməz adlandırılıb: “Təəssüf ki, Daxili İşlər Nazirliyinin əməkdaşları müxtəlif yollarla Qarabağ Azadlıq Təşkilatının fəallarının ev ünvanlarını öyrənməyə çalışırlar. Görünür, bu yolla bir müddət əvvəl olduğu kimi, yenə də QAT üzvlərini əvvəlcədən neytrallaşdırmağa, evdən bayıra çıxmalarına imkan verməməyə hazırlaşırlar. Biz istənilən halda aksiyalar keçirməkdə israrlıyıq. Əgər ermənilər Bakıya gələcəklərsə, biz bütün vasitələrlə həmin tədbirdə onların iştirakına yol verməyəcəyik. Ermənilərin Bakıya gəlişinə şərait yaradan hər kəs Azərbaycana xəyanət edir. Bu rüsvayçı addımın qarşısı vaxtında alınmalıdır. Əks halda, baş verəcək qarşıdurmaların məsuliyyəti hakimiyyətin üzərinə düşəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR